Qüdsdə toqquşmalar: azı 120 yaralı

Qüdsdə toqquşmalar: azı 120 yaralı
04:14 28 İyul 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Qüdsün tarixi mərkəzində baş verən toqquşmalar zamanı xəsarət alanların sayı 120 nəfəri keçib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir.  

 

Məlumata görə, yaralananların əksəriyyəti rezin güllələr və qazlardan xəsarət alıblar.  

 

Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir.

 

Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.

 

Xatırladaq ki, iyulun 25-də Qüdsdə “Əl-Aksa” məscidinin girişində İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb.  Müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib.

 

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

 

İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR