Yaponların ömrünün uzunluğu rekord həddə çatıb

Yaponların ömrünün uzunluğu rekord həddə çatıb
05:19 28 İyul 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin yaydığı məlumata görə, yapon kişi və qadınların ömrünün uzunluğu yeni rekord həddə çatıb.

 

AZƏRTAC bildirir ki,  NHK telekanalının nazirliyə istinadla yayımladığı məlumatda bildirilir ki, 2016-cı ildə yapon qadınların ömrünün uzunluğu 87 yaşdan, kişilərinki isə 80 yaşdan bir qədər çox olub.

 

Bu rekord göstəricilər bir il əvvəlki dövrdəki müvafiq göstəricini qadınlar üçün 0,15 il, kişilər üçün isə 0,23 il üstələyir.

 

Beləliklə, ömürlərinin uzunluğuna görə yapon qadınlar Honq-Konq qadınlarından sonra dünyada ikinci yeri tutur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR