Bu ölkədə etiraz edənlər 10 ilədək həbs olunacaq

Bu ölkədə etiraz edənlər 10 ilədək həbs olunacaq
07:39 28 İyul 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela hakimiyyəti iyulun 30-da keçiriləcək parlament seçkiləri ərəfəsində küçə etirazlarına qadağa qoyub.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela DİN rəhbəri Nestor Reverol bildirib.

 

“Seçki prosesini və ölkənin sosial həyatını pozan, bu cür halları təşkil edən, dəstəkləyən və təhrik edən şəxslər milli təhlükəsizlik haqqında qanunun 56-cı maddəsinə əsasən 5 ildən 10 ilədək azadlıqdan məhrum ediləcəklər”, - deyə nazir bəyan edib.

 

Qadağa iyulun 28-dən avqustun 1-dək qüvvədə olacaq.     

 

Qeyd edək ki, Venesuelada aprelin əvvəllərindən başlayaraq hakimiyyətin istefası tələbi ilə kütləvi etirazlar davam etməkdədir.

 

İğtişaşlar zamanı 100-dən çox adam ölüb.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR