Havanın temperaturu qalxır - XƏBƏRDARLIQ

Havanın temperaturu qalxır - XƏBƏRDARLIQ
12:24 28 İyul 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.  Gecə və səhər bəzi yerlərdə zəif duman, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, havanın temperaturu gecə  22-26° isti, gündüz  34-39° isti, Bakıda gecə  24-26° isti, gündüz  36-38° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan  aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-75 %,  gündüz  40-45 % olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

 

 

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı  yerlərdə arabir  güclənəcək.  Havanın temperaturu gecə  21-26° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz  27-32° isti olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə istilərləbağlı xəbərdarlıq edir. Bildirlir ki, iyulun 28-29-da Abşeron yarımadasında zəif küləklərin və nisbətən rütubətli hava şəraitinin üstünlüyü fonunda isti temperatur diskomfortu əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR