Çoban itləri turisti dişlədi – AZƏRBAYCANDA

Çoban itləri turisti dişlədi – AZƏRBAYCANDA
13:04 28 İyul 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Polşa vətəndaşı Sebastian Gmerek öz facebook səhifəsində azərbaycanlı polislərlə çəkdirdiyi şəklini paylaşaraq minnətdarlığını ifadə edib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Polşanın Poznan şəhər sakini Sebastian Gmerek iyulun 23-də ölkəmizə turist kimi səfərə gəlib. 25 yaşlı turist İsmayıllı rayonunun Həftəsiab kəndində olarkən qoyun sürüsünü görüb onları yaxından müşahidə etmək istəyib. Lakin yaxınlaşan zaman sürünü qoruyan çoban itləri ona hücum edib, yüngül xəsarət yetiriblər. 

 

Xoşbəxtlikdən həmin vaxt ərazidə xidmət aparan İsmayıllı RPŞ-nin polis sahə rəisləri - polis leytenantları Mahir Nurəliyev və Nicat Osmanov səs-küyü eşidib. Polislərin köməkliyi ilə turistə tibbi yardım göstərilib və o, müayinə olunması üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

 

Hazırda Sebastian Gmerekin vəziyyəti yaxşıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR