Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ
16:29 28 İyul 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) 27 iyul tarixində keçirilən qəbul imtahanında iştirak edən və I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən “Memarlıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. DİM-dən Lent.az-a verilən xəbərə görə, İyulun 27-də  ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edən və xüsusi qabiliyyət tələb edən “Memarlıq” ixtisası üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlər 28 və 29 iyul (saat 14:00-dək) tarixlərində Qabiliyyət İmtahanı Komissiyaları üzrə elektron qeydiyyatdan keçməlidirlər. 
 
Abituriyentlər elektron qeydiyyatdan keçdikdən sonra “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib vərəqədə qeyd olunan tarixdə qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan abituriyentlər ixtisas seçimi zamanı I qrupa aid olan digər ixtisaslarla yanaşı “Memarlıq” ixtisasını da seçə bilərlər.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR