Tbilisi-Moskva marşrutu üzrə uçan sərnişin təyyarəsində
bir erməni azərbaycanlının qolları üzərində can verib.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə
məlumat yayıb.
Anar Almadatov adlı azərbaycanlı “facebook” səhifəsində yazıb ki,
“yanımda oturan erməninin ölməməsi üçün əlimdən gələni hər şeyi
etdim”.
“Tbilisi-Moskva səfəri. Rostova təcili eniş. Səbəb bir erməni
sərnişinin təyyarədə qəfil ölümü. Yanımda oturmuşdu. Erməni
sərnişinin ölməməsi üçün əlimdən gələni etdim. 10 yaşındakı oğlunun
və xanımının gözləri önündə öldü. Həyata və işə aid bütün iştaham
öldü. İlk dəfə qiollarım üstündə bir insan öldü. Qədərimdə erməni
üçün göz yaşı tökmək də varmış. Uşağının çığırtısı gözlənilmdən
getmir”, - deyə o yazıb.
Bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Asif