Bakı – Qazax magistral yolunda qəza olub, ölən və yaralanan var

20:52 8 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 20:45 ]

Goranboy. Azər Məmmədli – APA. Bakı-Qazax magistralında bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 20 radələrində magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. “VAZ 2106” markalı avtomobil yol ilə hərəkət edən traktora çırpılıb. Qəza nəticəsində “VAZ 2106” markalı avtomobildə olan bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

 

Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR