Mirzə Ələkbər Sabirin gəlini Zemfira Tahirli vəfat edib.

Publika.az-ın məlumatına görə, bu barədə onun qızı, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli sosial şəbəkədə yazıb.

O bildirib ki, yas mərasimi barədə cənazə Azərbaycana gətirildikdən sonra məlumat veriləcək.

Zemfira Tahirli mərhum alim-pedaqoq Məmmədsəlim Tahirlinin həyat yoldaşıdır.