Əməkdar artistin yeni layihəsi - VİDEO

Əməkdar artistin yeni layihəsi - VİDEO
12:04 10 Avqust 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

 

Əməkdar artist Hüsniyyə Mürvətova “Mənim dünyam” adlı yeni layihəsini təqdim edib. Lent.az-a açıqlama verən aktrisa bildirib ki, müxtəlif şeirlərdən bir parça səsləndirərək, klip çəkdirib: “Zamanım olduqca yeni şeirlər səsləndirirəm. Bu işdən xüsusi bir zövq alıram. Bildiyiniz kimi mən dublyaj da filmlər səsləndirirəm. Yəni şeir oxumaq, film səsləndirmək mənim işimin bir hissəsidir. Bu ekran işini mənə rejirrorumuz təklif etdi və bəyəndim. Düşünürəm ki, sonra fərqli bir iş ərsəyə gəldi”.

 

Qeyd edək ki, ekran işinin rejissoru və montajoru İbrahim Feyzullayevə (İBO) , prodüsseri isə Zeynəb Abdullahdır. Aktrisanın vizaji Samirə İbrahimovaya mexsusdur. Fotolar isə Elşad Musayev lentə alıb. Video çarxda Hüsniyyə Mürvətova Leyla Əliyeva, Celil Cavanşir, Nəbi Xəzri, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə və Vaqif Taci Ələzlinin şerlerindən səsləndirib. Aktrisa geyimlərində bayrağımızın rənglərindən istifadə edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR