Dünyanın sevdiyi məşhur 5 yoqa duruşunun SİRRİ - FOTO

Dünyanın sevdiyi məşhur 5 yoqa duruşunun SİRRİ - FOTO
18:23 13 Avqust 2017
188 Digər
Ölkə mətbuatı
A- A+

Yoqa adətən, min illər öncə yaranan və kökü Hindistan fəlsəfəsinə dayanan əbədi ənənə kimi qəbul edilir.

Yoqanın Sirli Tarixinin (The Secret History of Yoga) prodüseri/aparıcısı Mukti Jain Campion, tarixi boyu yoqanın dayanmadan inkişafını araşdırmalar əsasında üzə çıxarıb.

Yoqa sözünün yaşı əsrlərə bərbərdir və qədim Hindistanda Jain, Buddist və Hindu fəlsəfələrindən qaynaqlanan çoxlu müxtəlif dini təcrübələri əks etdirmək üçün istifadə olunurmuş.

Lakin bu, 20-ci əsrin əvvəllərində dəyişir. Belə ki, jurnallardakı reklamlar vasitəsilə geniş vüsət alan bədən tərbiyəsi, Avropanın sağlamlıq və güc anlayışı ilə Hindistan fiziki mədəniyyəti ənənələrinin birləşməsinə səbəb olur.

Yoqa

Skandinaviya gimnastikası Hindistanın məktəb və hərbi təlimlərində tədris olunmağa başlanır.

Yarımadaya səyahət edən avropalı kulturistləri (bodybuilder) izləməyə geniş tamaşaçı kütləsi gəlir və onların istifadə etdiyi texnikalar sürətlə mənimsənilir.

1920 və 30-cu illər ərzində (artan hind millətçiliyi dövrü) Hindistanını yeni nəsil bədən tərbiyəçiləri, yoqanı adi insanların da məşq edə bilməsi üçün sağlam və güclü yerli sistem halında və eyni zamanda, müasir formada yenidən yaratmağa başlayırlar.

Proses əsnasında bu yeni yoqa novatorları, ənənəvi yoqanın hissəsi olmayan müxtəlif fiziki duruş və metodlar yaradırlar. Yoqanın Ashtanga, Bikram və Iyengar kimi dünyaca məşhur müasir növləri, məhz bu qarışıq çox mədəniyyətli köklərdən qaynaqlanır.

Yoqa Duruşları - Köhnə və Yeni

Yoqa duruşları və ya sanskritcə (Hindistanda müqəddəs dil) deyildiyi kimi asanaları, çox zaman valehedici tarixə malik olurlar.

Lotus Pozası

Yoqa

Hazırda Lotus, "özündən əmin olmanın" simvolu kimi ən çox tanınan duruşdur və çox güman ki, yoqanın ən qədim pozasıdır.

Ən köhnə yoqa göstəriş kitabının (təxminən 1500 il əvvəl qələmə alınıb) müəllifi Patanjali-yə əsasən, Lotus Pozası, asana üçün ən əsas xüsusiyyət sayılan rahatlıq və stabilliyi özündə birləşdirir.

Bu oturma forması ayaqlar çarpaz halda yerinə yetirilir və oturuş, meditasiya və nəfəsalmanı nəzarətdə saxlamaq üçün tərpənmənin qarşısını alır.

Başıaşağı İt

yo

Yoqada heyvan adlarından istifadə etmək adəti, qədimdən qalmadır: Patanjali deyir ki, oturuşun "çulluq (nazik ayaqlara və nazik və uzun dimdiyə malik quş növü) və dəvə kimi" növləri mövcuddur.

13-cü əsrdən bu yana yoqa əlyazmaları yerdəki hər bir heyvanı təmsil edən 8.4 milyon asananın mövcudluğunu göstərir.

Başıaşağı İt kimi məşhur olan bu poza, daha çox, 18-ci əsr yoqa əlyazmalarında adı keçən, eyni zamanda, Hindistan milli güləşinin tərkib hissəsi olan Fil Pozasına yaxındır.

Niels Bukh-un Hindistan da daxil olmaqla, dünya üzrə çox məşhur kitabı Əsas Gimnastika (Primary Gymnastics) kimi Skandinaviya gimnastika kitabçalarında da, bu başıaşağı V-formalı duruş haqqında qeyd olunur.

Sanki, bu gimnastik təlimlər, 1920 və 30-cu illərdə Hindistanda yaranan müasir yoqaya təsir göstərib.

Çiyin üzərində dayanma

Yoqa

Çiyin üzərində dayanmanın adı, 18-ci əsrə qədər yoqa əlyazmalarında keçmir. Buna baxmayaraq, başqa tərs duruşlar haqqında məlumatları görmək olur.

Yoqa psixologiyasına əsasən, beyində toplanan həyat gərginliyi, vaxtaşırı aşağı damcılanır və həzm pozğunluğu yaradır. Buna görə də, yaşlanmanı yavaşlatmaq və ölümü uzaqlaşdırmaq üçün, tərs çevrilmədən istifadə etməlisən.

20-ci əsrin əvvəllərində yaranan Avropa bədii gimnastika təlimlərinin, özünəməxsus çiyin üzərində dayanma forması var idi və bəzən onu şam adlandırırdılar.

Bu forma, Britaniya və başqa ölkələrdə böyük hərəkata çevrilən və əsası 1930-cu ildə Xanım Molly Bago Stack tərəfindən qoyulan, Qadınların Sağlamlıq və Gözəllik Liqasının (Women's League of Health and Beauty) embleminə çevrilir.

"Qıçlar Havada" adlanan çiyin üzərində dayanma, arıqlamaq və orqanların sallanmasının qarşısını almaq üçün icra edilən məşğələ hesab olunurdu.

Üçbucaq

Yoqa

Sanskritcə trikonasana sözünə bənzəsə də, bu duruş da qədim yoqa əlyazmalarında adı keçməyən məşhur müasir yoqa pozasıdır.

Modern dövrdən qabaq, ümumiyyətlə asimmetrik duruşların olmadığı görünür. Lakin bu, skandinaviyalı gimnastların istifadə etdiyi ümumi formalardan biri olub.

19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində, bu pozadan Hindistan koloniyası da daxil olmaqla, hərbi təlimlər və məktəblərdə istifadə edilib və beləcə, dövrün yoqa novatorları da poza ilə tanış olublar.

Surya Namaskar - Günəşi Salamlama

"Günəşi Salamlama" irəliyə və geriyə əyilmələr ilə icra olunan dinamik hərəkətlər ardıcıllığıdır. Dövrümüzün yoqası üçün ən əsas təlimlərdən biri olmasına rəğmən, 20-ci əsrə qədərki (dinamik təlimlərin nadir olduğu) yoqa kitablarında bu haqda heç bir məlumat yoxdur.

Lakin, bu Surya Namaskar adlı fiziki məşğələ, yoqa ilə əlaqəli olmayan qədim hind əlyazmalarında qeyd olunur. 20-ci əsrin əvvəllərində, təlim, gimnastik məşğələ kimi Aundh Raja-sı tərəfindən məşhurlaşır.

1928-ci ildə çap olunmuş Sağlamlığa Gedən On Xallıq Yol (The Ten Point Way to Health) kitabında, o, günəşi salamlamanın irqi inkişaf və müasir Hindistana təhsilin xeyirlərini göstərmək üçün edilən fiziki sağlamlıq təlimi olduğunu qeyd edir.

Surya Namaskar forması, 1930-cu ildə böyük yoqa novatoru T. Krishnamacharya tərəfindən Mysore-da yaradılan Ashtanga Yoqa (eləcə də, yoqanın digər tanınmış formaları olan Güc Yoqası (Power Yoga), Vinyasa və Axışan Yoqa (Flow Yoga) ) sayəsində, qlobal məşhurluq qazanır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/185571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR