Magistrların qeydiyyatı bu gündən başlayır

Magistrların qeydiyyatı bu gündən başlayır
10:59 17 Avqust 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gündən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb.

 

Lent.az-ın məlumatına görə, qeydiyyat prosesi avqustun 17-dən 25-dək davam edəcək.

 

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 25-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

 

Qeyd edək ki, magistraturanın boş qalan 2049 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1429 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 726 nəfər magistratura səviyyəsinə qəbul olub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR