“Kopenhagen”in futbolçusu əməliyyat olundu

“Kopenhagen”in futbolçusu əməliyyat olundu
11:24 17 Avqust 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen”in futbolçusu Erik Yohansson əməliyyat olunub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, buna vitse-kapitanın dizindən xəsarət alması səbəb olub.

 

Belə ki, bu yaxınlarda zədələnən Yohanssonun çarpaz bağları qırılmışdı. Nəticədə həkimlər onun əməliyyata ehtiyacının olduğunu bildirmişdilər.

 

Klub 28 yaşlı müdafiəçinin əməliyyatının uğurlu keçdiyini açıqlayıb. Yohanssonun 6-9 ay ərzində sıraya dönəcəyi bildirilir.

 

Qeyd edək ki, Erik Yohansson ötən ildən “Kopenhagen”in formasını geyinir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR