Arvadını döyən kişinin qulağını kəsdilər - AZƏRBAYCANDA KURYOZ

Arvadını döyən kişinin qulağını kəsdilər - AZƏRBAYCANDA KURYOZ
13:04 17 Avqust 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

 

Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.

 

Lent.az ”Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində baş verib.

 

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.

 

Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR