İspaniyada iki partlayış: ölən və yaralananlar var

İspaniyada iki partlayış: ölən və yaralananlar var
03:49 18 Avqust 2017
294 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın Alkanar şəhərində sutka ərzində iki partlayış baş verib, ölən və yaralananlar var.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, birinci partlayış narkotik vasitələrinin istehsalı laboratoriyasında baş verib. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb.   

 

İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşlarının olduğu bildirilir. Bir nəfərin vəziyyəti kritikdir. Təfərrüatlar açıqlanmır.

 

Kataloniya polisinin rəisi Xosep Luis Trapero Alkanardakı partlayışların Barselonadakı partlayışlarla əlaqəli olduğunu istisna etməyib.   

 

 Terror aktı ilə bağlı iş üzrə şübhəli şəxslərdən biri məhz Alkanarda həbs edilib.  

 

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR