Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Barselonadakı terror aktını pisləyib

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Barselonadakı terror aktını pisləyib
09:57 18 Avqust 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax İspaniyanın Barselona şəhərində baş vermiş terror aktını pisləyib. "Report"un məlumatına görə, almaniyalı funksioner dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib. 
"Barselonadakı terror aktı 1992-ci il olimpiadasının keçirildiyi şəhərdəki olimpiya dəyərlərinə də hücum deməkdir. Biz bu hadisəni pisləyirik. Bütün zərərçəkənlər, onların ailələri və dostlarının yanındayıq" deyə T.Bax İOC-un "Twitter" mikrobloqunda yazıb. 
Qeyd edək ki, avqustun 17-də mikroavtobus Barselonanın mərkəzində piyadaların hərəkət etdiyi Rambla küçəsinə daxil olub. Nəticədə 13 nəfər ölüb, 50-si isə yaralanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/beynelxalq-olimpiya-komitesinin-prezidenti-barselonadaki-terror-aktini-pisleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR