Bakıda evdən pul və qızıl üzük oğurlayan qrupun digər üzvləri tutulub

Bakıda evdən pul və qızıl üzük oğurlayan qrupun digər üzvləri tutulub
11:32 18 Avqust 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıda evdən pul və qızıl üzük oğurlayan qrupun digər üzvləri tutulub.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 16-da rayon ərazisindəki mənzillərin birindən 12 000 manat və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri – Bakı şəhər sakinləri Baba Sadıqov, Afiyə Sadıqova və Elnur Qarayev tutulublar.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-evden-pul-ve-qizil-uzuk-ogurlayan-qrupun-diger-uzvleri-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR