Məsələ ilə bağlı şirkətin mətbuat katibi Yelena Selivanova bildirib ki, Azərbaycan paytaxtı Bakının hava limanının tarifləri çox yüksək olduğundan "Pobeda" Bakıya reyslərin bərpasını planlaşdırmır.
"Rostov-Dondan Bakıya reyslərin yerinə yetirilməsi üçün "Pobeda" qiymətlərin dəyərini də artırmalı olacaqdı", - deyə Y.Selivanova əlavə edib.
"Pobeda" şirkəti Rostov-Dondan Bakıya uçuşları 2016-cı il 30 oktyabrdan yerinə yetirməyə başlamışdı. Bu reys rostovlular arasında böyük rəğbət qazanmışdı. Lakin yayda kurort istiqamətlərə uçuşların yerinə yetirilməsi ilə əlaqədar reyslər dayandırılmışdı.
Hazırda şirkətin qış cədvəlində Rostov-Dondan Mosvka ("Vnukovo"), Sankt-Peterburq və Tbilisiyə uçuşlar qeyd edilib.