Ağdaşda yanğın: zəhərlənən və yanan var

Ağdaşda yanğın: zəhərlənən və yanan var
16:59 18 Avqust 2017
140 Digər
Ölkə mətbuatı
A- A+

 

Ağdaşda yaşayış evində yanğın olub. 

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, rayonun Məşəd kəndində ümumi sahəsi 150 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evdə ev əşyaları 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda, daha 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR