Trampın "Twitter" hesabının dəyəri açıqlandı

Trampın "Twitter" hesabının dəyəri açıqlandı
07:29 19 Avqust 2017
191 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın "Twitter" hesabı şirkətin bazar dəyərini 2 milyard dollar artırır.

 

Lent.az-ın “trend”ə istinadən xəbərinə görə, bu barədə "Monness Crespi Hardt & Co." şirkətinin analitiki Cems Kakmak bildirib.

 

Məlumata əsasən, Tramp bəyanatlarını "Twitter" hesabənda yaymağı dayandırdığı halda, şirkətin itkiləri saytın ümumi dəyərinin 20 faizi qədər təşkil edə bilər.

 

Qeyd edək ki, Donald Trampın "Twitter" hesabının 36,2 milyon oxucusu var. Tramp "Twitter"də qeydiyyatdan keçdiyi vaxtdan (2009-cu il) 35,6 minə yaxın məlumat dərc edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR