Hərbi gəmi yük gəmisi ilə toqquşdu - 5 yaralı, 10 itkin

Hərbi gəmi yük gəmisi ilə toqquşdu - 5 yaralı, 10 itkin
05:59 21 Avqust 2017
235 Digər
Ölkə mətbuatı
A- A+

Malayziya sahilləri yaxınlığında ABŞ-a məxsus “John S. McCain”  hərbi gəmisinin  yük gəmisi ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb, 10 nəfər itkin düşmüş hesab edilir.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.

 

Esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib.

 

“Hazırda 10 hərbçi itkin düşmüş hesab olunur, 5-i müxtəlif dərəcəli xəsarət alıb”, məlumatda deyilir. Hadisə ilə əlaqədar araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR