Orta məktəbdə FACİƏ

Orta məktəbdə FACİƏ
10:59 21 Avqust 2017
159 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.

 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR