"Azəri" adlı millət yoxdur, biz kimik?

“Türklər arasında "Azəri" adlı bir millət yoxdur. Azərbaycanlı başqadır, "Azəri" başqa”.

Bu fikirləri türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylı deyib. O, bildirib ki, "Azəri" milləti anlayışını Stalin uydurub: “Kommunist şairlər hələ də türk qızları yazırlar. Bunu Stalin uydurub. Stalin millətlərdən baş çıxarmayan cahil bir gürcü olub”.

Məsələyə münasibət bildirən tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bildirir ki, “Azər”, "Azəri” adı ola bilər, amma “Azəri” adında millət ola bilməz:

“Sovetlər Birliyi dönəmindən sonra türklərin adını dəyişdilər. Birinin adını Qazax, birin adını Qırğız qoydular. Bizim də “Azəri” adlandırmağa başladılar. Bunların hamısı mənsub olunan ərazini bildirir. “Azəri” Azərbaycan sözünün təhrif olunmuş formasıdır. İlber Ortaylı azərbaycanlı sözünün işlədilməsinin qaynağı ilə bağlı əslində haqlı olaraq danışır. Çünki o zaman Atatürk Osmanlı sözünü yox etdirib, Türk sözünü gətirdi və qanuna da türk yazdırdı. Ona görə də, 1926-cı ildə Bakıda Türkoloji Qurultay keçirildi. Və bunun nəticəsi olaraq hücuma keçdilər. Hücum ondan ibarət idi ki, Azərbaycan türk dilni Türkiyə türk dilindən ayırsınlar. Azərbaycan türk dilini Türkiyə türk dilindən ayırandan sonra Orta Asiyada türk dilinə böyük zərbə dəydi. Bizi türk dilindən ayırmaq üçün Sovet hölküməti kiril qrafikasına keçdi. Bütün bunlar Azərbaycanın Türkiyədən ayırlmasına hesablanmış addımlar idi. Bizim bu gün Azərbaycan dili dediyimiz dil dünyada Türk dili adlandırılır. Azərbaycan dili Türk dilinin bir qoludur. Bu gün bizə başqa ölkələrdə “Azəri” deyə müraciət edirlər. Başa düşürük, onlar “Azəri” deməklə bizim azərbaycanlı olduğumuza işarə edirlər. Amma bugünkü anlamda, bu, bizim xeyrimizə işləməyən bir şeydir. Bu baxımdan İlber Ortaylı hocamız doğru deyir”.

DOLLAR qıtlığı, "28 May"-da şıdırğı "Qara bazar" - Nə baş verir? - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR