Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür etdi

Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür etdi
19:53 21 Avqust 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan hökuməti ölkə ərazisində yanğının söndürülməsinə göstərdiyi köməyə görə Azərbaycan tərəfinə və şəxsən Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Publika.az bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Azərbaycan helikopteri tezliklə Gürcüstan sərhədini keçəcək və Sərhəd Polisinin helikopteri ilə yanğının söndürülməsi prosesinə qoşulacaq”, - deyə DİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən,Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/210609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR