"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Səhiyyə Nazirliyinin vilayət üzrə rəhbəri Tatyana Bıkovskayaya istinadən xəbər verib.
"Otuz altı müraciət daxil olub. Üç nəfər 15, 7 və 5 faiz yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həmçinin FHN-in 1 əməkdaşı kəllə-beyin zədəsi, 3 polis əməkdaşı dəm qazından zəhərlənmə ilə bağlı həkimlərə müraciət edib", - deyə Bıkovskaya bildirib.