Rostov vilayətində fövqəladə vəziyyət

Rostov vilayətində fövqəladə vəziyyət
23:34 21 Avqust 2017
308 Digər
Ölkə mətbuatı
A- A+

Rostov şəhərində tüğyan edən yanğınlarla əlaqədar Rostov vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov bəyan edib.

 

“Tərəfimdən Rostov vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu federal səviyyəli fövqəladə vəziyyətdir”, deyə nazir bildirib.

 

Bundan əvvəl fövqəladə vəziyyət rejimi Rostov şəhərində tətbiq edilib.

 

Qeyd edək ki, bu gün Rostovun tarixi hissəsində güclü yanğın başlayıb. 10 min kvadrat  metr ərazini əhatə edən yanğının hazırda lokallaşdırıldığı bildirilir. Güclü yanğın nəticəsində Rostovda yüzlərlə tikiliyə ziyan dəyib, 45 nəfər tibb yardım üçün müraciət edib, 7 nəfər xəstəxanaya yerləşdirilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR