Rostov-Donda yanğın nəticəsində 58 nəfər xəsarət alıb

Rostov-Donda yanğın nəticəsində 58 nəfər xəsarət alıb
10:02 22 Avqust 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Rostov-Donda baş verən yanğından sonra təxminən 60 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 9-u xəstəxanaya yerləşdirilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Regional Departamentin rəhbəri Sergey Panov əməliyyat qərargahının iclasında məlumat verib.
"Səhiyyə Nazirliyinin təsdiq etdiyi son məlumatlara görə, 58 nəfər xəsarət alıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib", - o deyib.
Qeyd edək ki, Rostov-Donda yanğın dünən gündüz vaxtı şəhərin tarixi mərkəzindəki özəl sahədə baş verib. Təxminən 10 min kvadratmetr sahədə yaşayış evləri yanıb. Yanğın ümumilikdə təqribən 120 tikilini məhv edib və onun təxminən 100-ü yaşayış binasıdır. Regionda fövqəladə vəziyyət elan olunub. Evlərdən 600 nəfər evakuasiya edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rostov-donda-yangin-neticesinde-58-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR