Azərbaycanlı tanınmış rəqqasə burnunu 2-ci dəfə əməliyyat etdirir - VİDEO

Azərbaycanlı tanınmış rəqqasə burnunu 2-ci dəfə əməliyyat etdirir - VİDEO
15:09 22 Avqust 2017
180 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanlı oriental rəqqasə Aytən burnunu əməliyyat etdirəcək. Bu barədə Lent.az-a rəqqasənin özü məlumat verib: “Burnumdan başqa heç bir yerimdə əməliyyat etdirməmişəm. Bu da tam 7-8 il öncə olub. Əməliyyat etdirənlərə pis baxmıram. Oktyabrda da növbəti dəfə burnumu kəsdirəcəm. Bilmirəm, danışanda hiss olunur, yoxsa yox. Danışanda nəfəs almaq çətinlik çəkirəm. Başqa yerimdə əməliyyata ehtiyacım yoxdur. Gələcəkdə ehtiyac olsa, etdirəcəm. Botoksa da ehtiyacım yoxdur”.

 

Rəqqasə daim formada qalmasından da danışıb: “Desəm ki, çox idmanla məşğul oluram, yalan olar. Arada bir salonda rəqs edirəm, bu da mənim üçün idmanı əvəz edir. Hazırda rəqqasə olmaq istəyən 2 qız hazırlaşdırıram. Onları öyrətməyin özü də bir idmandır. Axşamlar da yemək yemirəm. Bunların müqabilində vücud normal qala bilir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR