Bu il 177 qanvermə aksiyası keçirilib

Bu il 177 qanvermə aksiyası keçirilib
15:19 22 Avqust 2017
132 Digər
Ölkə mətbuatı
A- A+

 

Cari ilin ilk 6 ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 18884,1 litr qan tədarük edilib.

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, keçirilən 177 qanvermə aksiyasında 39756 nəfər donor iştirak edib.

 

Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində, MQB Gəncə Bölməsində və Kliniki Tibbi Mərkəzdə toplanılıb.

 

Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq. Talassemiya xəstəliyindən əziyyət çəkən insanlara müntəzəm olaraq qan köçürmə, hemofiliyadan əziyyət çəkən insanlar üçün qan laxtalanma faktorları məhsullarının hazırlanması məqsədilə də qan lazımdır. Kimyaterapiya zamanı onkoloji xəstələr üçün isə qan həyati əhəmiyyət kəsb edir.

 

Müntəzəm qan təchizatına daimi ehtiyac var, çünki qanın saxlanma müddəti məhduddur və lazım olduqda həmişə və hər yerdə təhlükəsiz qan əldə etmək üçün kifayət qədər sağlam donorun müntəzəm olaraq qan verməsi lazımdır.

 

Qan verməmişdən 72 saat əvvəl aspirin, analgin, no-şpa və s. kimi qanı durulaşdıran dərmanları qəbul etmək olmaz. Siqaret çəkməkdən çəkinmək məsləhət görülür (siqaretçəkmə donorluq üçün əks-göstəriş deyil, lakin həkimlər qan verməzdən bir saat əvvəl və bir saat sonra siqaret çəkməyi məsləhət görmürlər. Çünki qana düşən nikotinin zəhərli təsiri pasiyentlər üçün, xüsusən yeni doğulan körpələr üçün təhlükəlidir. Həmçinin bu, donorun əhvalına pis təsir edə bilər).

 

Qan verməzdən əvvəl içilən 2 stəkan şirə və ya su qan verdikdən sonra yaxşı əhval-ruhiyyəni təmin etmiş olur. Qan verdikdən sonra dərhal ayağa qalxmaq məsləhət görülmür, 10-15 dəqiqə ərzində sakitcə əyləşin.

 

Çoxsaylı tədqiqatlarla sübut olunub ki, 400-450 ml qan və ya 500 ml plazma götürmək sağlam insanın səhhətinə və əmək qabiliyyətinə mənfi təsir etmir. Əksinə, təkrar qanvermə qanda şəkərin, zərərli lipoproteinin, qan təzyiqinin, ürək döyüntüsünün azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır. Donorun orqanizmi qan və qan komponentlərinin qalıqlarının çıxarılması hesabına daim öz-özünə yeniləşir. Bu isə ürək və damar, immun sistemi, həzm pozğunluqları, qaraciyər və mədəaltı vəzi xəstəliklərinin profilaktikası deməkdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR