Son günlər uşaqlar arasında qusma, ishal, qızdırma halları artıb. Valideynlər kəskin virusların yayıldığından şübhələnir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Metbuat.az-a açıqlamasında deyib: “Uşaqlar arasında yayılan viruslar klassik olaraq əvvəlki illərdə rast gəlinən viruslardır. Qeyri-adi heç nə yoxdur. Epidemiya hallarına rast gəlməmişik. Sadəcə valideynlərə məsləhətimiz budur ki, uşaqlar xəstələnəndə onları özbaşına müalicə etməsinlər. Həkimə müraciət etsinlər ki, problemin səbəbi müəyyənləşsin”.

Aysel Yaqubqızı / Metbuat.az

Gözəllik salonlarında HEPATİT təhlükəsi var - Oxumaq üçün tıkla