Rostovdakı yanğın tamamilə söndürüldü -

Rusiyanın Rostov şəhərində baş verən irimiqyaslı yanğın tamamilə söndürülüb.

Metbuat.az-ın məlumatına görə, yanğın zamanı xəsarət alan 45 nəfər həkimə müraciət edib. Onlardan 7-si xəstəxanaya yerləşdirilib. 10 min kvadrat metri əhatə edən alov ümumilikdə 120 tikiliyə ciddi ziyan vurub.

Qeyd edək ki, ötən gün günorta saatlarında başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Bölgədə fövqəladə vəziyyət elan edilib. Yüzlərlə sakin təxliyyə olunub. Hadisəylə bağlı cinayət işi açılıb, yanğının səbəbləri araşdırılır.  

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR