Poroşenkodan Donbasa dair yeni təklif

Poroşenkodan Donbasa dair yeni təklif
23:19 22 Avqust 2017
269 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko “Normand dördlüyü” ölkələrinin liderləri arasında keçiriləcək telefon danışığı zamanı Donbasda tədris ili ərəfəsində avqustun 25-dən və ya sentyabrın 1-dən yeni atəşkəs rejiminin tətbiq edilməsinə dair təklif irəli sürmək  niyyətində olduğunu bildirib.

 

 APA-nın xəbərinə görə, bunu P.Poroşenko Luqansk vilayətində çıxışı zamanı bildirib.

 

Ukrayna prezidenti qeyd edib ki, Kiyev Donbasda vəziyyətin gərginləşməsinin təşəbbüskarı olmayacaq, lakin istənilən hücum cəhdlərinin qarşısı qəti şəkildə alınacaq.  

 

“Bir daha inandırmaq istərdim ki, Ukrayna hökuməti heç vaxt Donbasda vəziyyətin gərginləşməsinin təşəbbüskarı olmayıb və olmayacaq, lakin Rusiya və onun əlaltılarının istənilən cəhdlərinin qarşısı qətiyyətlə və kompromissiz şəkildə alınacaq”, - deyə Poroşenko qeyd edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR