FHN-nin 22 texnikası Gürcüstanda yanğının söndürülməsində iştirak edir

FHN-nin 22 texnikası Gürcüstanda yanğının söndürülməsində iştirak edir
14:14 23 Avqust 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan yanğınsöndürənləri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində fəal iştirak edirlər.

 

APA-nın Gürcüstan müxbiri hadisə yerindən xəbər verir ki, hazırda FHN-nin yanğınsöndürən maşınları və şəxsi heyəti Daba kəndi yaxınlığında yanğının söndürülməsi ilə məşğuldur.

 

FHN-in helikopteri də səhər saatlarından etibarən Türkiyə, Gürcüstan və Belarus helikopterləri ilə birgə yanğının qarşısının alınması əməliyyatlarında iştirak edir.

 

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.

 

Gürcüstan prezidenti Georgi Marqvelaşvili və bu ölkənin digər rəsmiləri yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR