Dənizdən naməlum qadın meyiti tapıldı - BULVARDA - FOTO

Dənizdən naməlum qadın meyiti tapıldı - BULVARDA - FOTO
14:29 23 Avqust 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Avqustun 8-də, saat 15.00 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, meyiti tapılan şəxsin  əlamətləri belədir: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qara.

 

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub. 


Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail RPİ-nin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR