Azərbaycan FHN Gürcüstanda yanğınsöndürmə əməliyyatlarını davam etdirir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gürcüstana ezam olunmuş qüvvələri yanğınsöndürmə əməliyyatlarını davam etdirir.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, Nazirliyin canlı qüvvə və texnikası Gürcüstan hökuməti tərəfindən onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarının söndürülməsi işlərini həyata keçirirlər. Bundan əlavə, FHN hadisə rayonuna ezam edilmiş xilasetmə dəstəsinin operativ və səmərələi fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsindən ötrü səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlar qurub və səyyar mətbəx quraşdırıb. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR