ABŞ dörd ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırmağı planlaşdırır

ABŞ dörd ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırmağı planlaşdırır
12:17 24 Avqust 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-ın deportasiya məsələləri üzrə Daxili Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıqdan imtina edən ölkələrin vətəndaşlarına viza verilməsini dayandırmağı planlaşdırır. 
Bu barədə "Report" "Fox News"a istinadən xəbər verir.
Nazirlikdən telekanala bildiriblər ki, müvafiq müraciət Dövlət Departamentinə ünvanlanıb. Amma konkret hansı ölkələrdən söhbətm getdiyi açıqlanmayıb. Məhdudiyyətlərin deportasiya olunmuş şəxsləri qəbul etməkdən imtina edən və ya bu proseduru təxirə salan ölkələrə şamil ediləcəyi gözlənilir.
CNN telekanalı mənbəyinə istinadən bu ölkələrin Kamboca, Eritreya, Qvineya və Syerra-Leone olduğunu xəbər verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-dord-olkenin-vetendaslarina-viza-verilmesini-mehdudlasdirmagi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR