Xuraman Fatimə ilə qalmaqalından danışdı: “Arada söz gəzdirənlər...”

Xuraman Fatimə ilə qalmaqalından danışdı: “Arada söz gəzdirənlər...”
12:19 24 Avqust 2017
129 Digər
Ölkə mətbuatı
A- A+

 

Müğənni Xuraman Şuşalı uzun müddətdir küsülü olduğu rəqqasə Fatimə Fətəliyeva barədə danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, Fatimə ilə onun arasını vurublar: “Fatimə yaxşı qızdır. Yəqin ki, bir-birimizə rəqib olduğumuza görə mənlə danışmır. Ola bilsin ki, məndən ona nəsə çatdırıblar. Arada söz gəzdirənlər olur. Onların vəzifəsi də ondan ibarətdir. Elə olub ki, xınaya Fatiməni də danışıblar, məni də. Mən demişəm ki, əvvəl onunla danışın, sonra mənlə”.

 

İfaçı həyat yoldaşı barədə də söhbət açıb: “Bir çoxları sosial şəbəkədə yazır ki, həyat yoldaşım mənim başımı bağlasaydı, açardım. Xeyr, bu, düzgün düşüncə deyil. Bunu mənə həyat yoldaşım məcburi bağlatdırmayıb. Bu, iman məsələsidir. Özüm istəyib bağlamışam. Artıq 5-ci ilə keçir ki, başımı bağlayıram. Allah qismət eləsin ki, axıra qədər buna əməl edim”.

 

X.Şuşalı bildirib ki, bir müddət öncə efirlərdə mahnı oxumamaq qərarı versə də, bu istəyi ilə bacara bilməyib: “Qərarı verəndə qadın məclislərində mahnı oxuyurdum. Amma efirlərdə mahnı oxumamaq barədə özümə söz vermişdim. Efirdə oxumurdum. Yəqin imanım onda daha güclü idi. Amma indi efirlərdə mahnı oxuyuram. Yəni mən mahnı ifa etmədən yaşaya bilmirəm. Bu, mənim içimdən gələn bir eşqdir. İnşallah, Allah qismət edər, bəlkə gələcəkdə oxumaram. Hazırda onu özümdən yığışdıra bilmirəm”.

 

Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır. 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR