Müğənni Kərim Abbasovun oğlu Yusif xəstəxanalıq olub. Bu haqda sənətçi özü məlumat verib.

O, övladının xəstəxanadan görüntüsünü paylaşaraq, "Səhər saat 5-dən xəstəxanadayam, Yusifim üçün dua edin və şəfa diləyin dostlar. Ehtiyacım var" sözlərini yazıb.

Qeyd edək ki, Təranə adlı xanımla ailəli olan Kərimin Səyid adlı daha bir övladı da var.