"Report"un məlumatına görə, bu addım almaniyalı mütəxəssisin müsahibələrindən birində rumın mətbuatını tənqid etməsinə cavab olaraq, atılıb. Daum həmin müsahibədə bir çox yerli jurnalistlərdən daha çox rumın olduğunu, sonra isə "Gazeta Sporturilor"un kağızının yalnız balıq bükməyə yaradığını deyib. Əvəzində tənqid olunmuş nəşrin jurnalisti mətbuat konfransına tilov gətirib.
Daum isə əsəbiləşərək deyib: "Bu, komediyadır, yoxsa mətbuat konfransı? Bura futbola görə gəlmisiniz, yoxsa komediyaya baxmağa? Yalan, uydurma əhvalatlar yazmaq istəyirsiniz? Nə vaxt idman jurnalisti olacaqsınız? Sakitləşin, bunun futbolla heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, Rumıniya millisi sentyabrın 1-də Ermənistan, sentyabrın 4-də isə Çernoqoriyaya qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına hazırlaşır.