AŞPA həmməruzəçilərinin Bakıya səfəri

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçilərinin sentyabrda Bakıya səfər edəcəyi planlaşdırılır.

Metbuat.az-ın məlumatına görə, bu barədə həmməruzəçi Stefan Şennak "Twitter"dəki səhifəsində yazıb.

“Həmməruzəçilərinin Azərbaycana səfəri ənənəvi görüşlərdən olacaq”.

Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

“Həmməruzəçilər məsələyə yaradıcı deyil, daha çox taftaloji mövqedən yanaşırlar. Onlar buradakı vəziyyəti öyrənib məruzə hazırlamaq üçün gəlirlər. Görüşdə yeni situasiyanın yaranıb-yaranmaması, yeni fikirlərin ortaya çıxıb-çıxmaması kimi yanaşma müşahidə ediləcək. Çoxçeşidli məsələlər ətrafında müzakirələr keçiriləcək. Milli Məclisin Avropa Şurasındakı nümayəndə heyəti, beynəlxalq komitənin üzvləri, iqtidar partiyası, müxalifət partiyaları, QHT (Qeyri Hökümət Təşkilatları) ilə ənənəvi görüşlər nəzərdə tutulur. Daha sonra məruzənin hazırlanma və yekunlaşdırma mərhələlərinə start veriləcək".

Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi hansı səviyyədədir ?

"Avropa Şurasının Qarabağ məsələsi vecinə də deyil. Ermənilərin mövqeyinin qorunması istiqamətində atılan addımlar davam etdirilir”. 

Macarıstan Azərbaycan münasibətləri - Yeni müttəfiqimiz...-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı