Türkiyə Millisinin baş məşqçisi Fatih Terimlə dava edən restoran sahibi, kababçı Səlahətdin Aydoğduya heykəl qoyulub.
Metbuat.az xəbər verir ki, İncəsənət Universitetinin 7 tələbəsinin düzəltdiyi heykəlin qarşısına isə, “Türk futbolunun taleyini dəyişdirən adam” yazılıb.
Heykəlinin açılışını edən restoran sahibi, kababçı Səlahətdin Aydoğdu tələbələrlə birgə şəkil çəkdirib.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl Türkiyə Millisinin baş məşqçisi Fatih Terim məşhur kababçı Səlahətdin Aydoğdunun restoranına basqın edib onunla dava etmişdi. Olay Türkiyə mediasının gündəminə çevrilmiş və bir müddət sonra Fatih Terim postundan getmişdi. Hazırda Türkiyə Millisinin baş məşqçisi rumıniyalı Mirça Luçeskudur.