Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova müğənni kimi ilk addımını atıb.
Lent.az-ın məlumatına görə, A.İsmayılova söz və musiqisi Zülfi Bədəlova, aranjimanı Elvin Musayevə məxsus “Şərtim var” adlı mahnını oxuyub: “Bu sırf mənim üçün yazılan ilk mahnıdır. Bəstəni ilk qulaq asdığım an bəyəndim. İndi bir çoxları müğənnilik etməyimi tənqid edəcək. Amma onların fikirləri məni heç maraqlandırmır. Bilmək olmaz, bəlkə sabah “Nömrə 1” müğənni oldum. Anam da bu mahnını bəyəndi və mənə uğurlar arzuladı”.






