"Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Rostov Vilayəti üzrə Baş İdarəsinin nümayəndəsi bildirib.
İlkin məlumata görə, ölən şəxs otelin inzibatçısıdır.
İdarədən həmçinin yanğının söndürüldüyü deyilib. Alov 80 kvadrat metr sahəni əhatə edib. Oteldən, qonşuluqdakı binalardan, həmçinin yaxınlıqda yerləşən uşaq bağçasından 61-i uşaq olmaqla 400-dən çox insan təxliyyə edilib.