Azad Rəhimova WBC-nin çempion kəməri hədiyyə olunub

Azad Rəhimova WBC-nin çempion kəməri hədiyyə olunub
12:22 2 Oktyabr 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova çempion kəməri hədiyyə edib.
"Report" xəbər verir ki, xüsusi mükafatı WBC-nin Bakıda işinə başlayan 55-ci Konvensiyası zamanı məşhur boksçular - Vitali Kliçko və Evander Holifild təqdim ediblər.
Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən çox qonağın qatıldığı Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azad-rehimova-wbc-nin-cempion-kemeri-hediyye-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR