"Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb".

Bunu Metbuat.az-a açıqlamasında Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib:

“Aksiyada 3827 insan qan verib. Onlardan 122-nin qanında müxtəlif infeksiyalar aşkarlanıb. 3 nəfərdə HİV, 81 nəfərdə hepatit, 38 nəfərdə isə sifilis infeksiyaları tapılıb”.

Aysel Yaqubqızı / Metbuat.az

https://metbuat.az/news/801370/bu-qidalardan-cox-yeyen-ole-biler.html