Mərkəzi Amerika ölkələrini təsiri altına alan “Nate” qasırğası azı 23 nəfərin ölümünə səbəb olub. 20-dən çox insan itkin düşüb.

Publika.az bildirir ki, qasırğanın səbəb olduğu şiddətli yağışlar Nikaraqua, Kosta-Rika və Hondurasda daşqınlara yol açıb. Bir neçə bina dağılıb, çoxlu sayda tikiliyə ziyan dəyib.

Hazırda Qasırğa Amerika Birləşmiş Ştatları istiqamətində irəliləyir.