Nate tropik fırtınası birinci dərəcəli qasırğaya çevrilərək Meksika körfəzinə doğru irəliləyərkən ABŞ-ın cənubundakı 4 ştatda fövqəladə vəziyyət elan edilib.

Metbuat.az bildirir ki, Nikaraqua, Kosta Rika və Hondurasda azı 25 adamın həyatını itirməsinə səbəb olan Nate fırtınası gücünü daha da artırıb. ABŞ-ın Luiziana, Mississipi və Alabama ştatları və Floridanın qərb bölgəsində fövqəladə vəziyyət elan edilib.

Qasırğanın "Maria" və "İrma" qədər təhlükəli olmadığı deyilsə də, güclü külək və nəhəng dalğalara səbəb olacağı istisna olunmur.