Bu gün "Maşın" realiti şousunun 15-ci mövsümü - "Xanımlar vs Cənablar" start götürəcək.
Publika.az xəbər verir ki, qalmaqallı şounun iştirakçılarının adları isə axşam canlı yayımda açıqlanacaq.
MGP birbaşa yayımdan öncə iştirakçılarla bağlı heç bir açıqlama verməsə də, əməkdaşlarımız onların sosial media hesablarına diqqətlə nəzər yetirib.
Beləliklə, 15-ci mövsümdə iştirak edən məşhurların arasında müğənnilər Rauf Əhmədov, Talıb Tale, Günel Ələkbərova, aktyor İlkin Misgərli, reper Elşad Xose, aparıcı Zemfira Adıgözəlovanın da olduğu məlum olub.
Qeyd edək ki, budəfəki "Maşın"da digərlərindən fərqli olaraq, 9 qadın və 9 kişi iştirak edir.
Pərviz Hüseyn