F.Hüseynovun sözlərinə görə, bu qərar Bankın səhmdarların oktyabrın 13-də keçirilən növbədənkənar yığıncağında qəbul edilib.
“Unibank rəsmisi deyib ki, E.Rəsulzadənin yerinə Vəfa Kələntərovanın namizədliyi təsdiq edilib.
Xatırladaq ki, "Unibank" ASC 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb, nizamnamə kapitalı hazırda 119,686 mln. manatdır. Bankın səhmlərinin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın “DEG” investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.