Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verilmişdir. H.X Andersenin "Qar kraliçası" əsəri əsasında eyni adlı tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Teatrın mətbuat xidmətindən Milli.Az-a istinadən xəbər verir ki, tamaşada Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova və digər aktyorlar rol alıb. Tamaşa dekabr ayında təhvil veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində